Bakı. Trend:
ABŞ-ın Texas ştatında baş verən "Harvi" qasırğası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Trend-in məlumatına görə, daha əvvəl azı 60 nəfər həlak olduğu haqda xəbər verilirdi. Ən çox tələfat (30 nəfər) Texasın Harris dairəsində qeydə alınıb.
Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən dağıdıcı qasırğa olub.