Bakı. Rufiz Hafizoğlu - Trend:
İraqın Baş naziri Heydər əl-Abadi Havicə və Ənbar şəhərlərinin İŞİD terror təşkilatından azad edilməsi üçün yeni hərbi əməliyyatın başladığını elan edib.
Trend-in məlumatına görə, Baş nazir İraqın tamamilə İŞİD silahlılarından təmizlənməsinə qədər əməliyyatların davam edəcəyini deyib.
Bu şəhərlərin azad olunması üçün əməliyyatlar "Peşmərgə" qüvvələri ilə birgə aparılacaq.
Qeyd edək ki, ötən həftə H.əl-Əbadi Təl-Afar şəhərinin terrorçulardan azad olunduğunu bəyan etmişdi.