Bakı. Trend:
Livanın təhlükəsizlik qüvvələri terror aktı hazırlayan 19 terrorçunu saxlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçular xüsusi əməliyyat zamanı saxlanılıblar.
Məlumata əsasən, bu terrorçu qrup, Livanda iyun ayından bu günə artıq 3-cü saxlanılan qruplaşmadır.
Livanın daxili işlər naziri Nuhad Maşnuk bildirib ki, xarici səfirliklərə mümkün terror aktları barədə xəbərdarlıq edilib və səfirlik işçiləri Beyrutda olan vətəndaşlarına müvafiq tövsiyələr veriblər. BMT-nin Livanda olan bütün qurumları təhlükəsizlik tədbirləri görüblər.