Bakı. Trend:
Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə xəbər verib.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.