Bakı. Trend:
Sentyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Nyu-Yorkda işgüzar forumuda çıxış edərkən bildirib.
Ərdoğan bildirib: "Bazar ertəsi biz, hörmətli cənab Putinlə telefon danışığı aparacağıq. Gələn cümə axşamı (28 sentyabr) birgə şam edəcəyik. Bütün məsələləri, Suriyadakı vəziyyəti müzakirə edəcəyik".