...

YUNESKO-nun baş direktoru seçkilərinin birinci turu nəticəsiz yekunlaşıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2017 22:36 (UTC +04:00)
YUNESKO-nun baş direktoru seçkilərinin birinci turu nəticəsiz yekunlaşıb
YUNESKO-nun baş direktoru seçkilərinin birinci turu nəticəsiz yekunlaşıb

Bakı. Trend:

YUNESKO-nun baş direktoru seçkilərinin birinci turu nəticəsiz yekunlaşıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib.

Baş direktor postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.

Səsvermənin növbəti mərhələsi oktyabrın 10-u keçiriləcək. Yeni rəhbərin adı oktyabrın 13-dək açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti