Türkiyədə fövqəladə vəziyyət daha üç aylıq uzadıldı

Dünya xəbərləri Xəbər 18 Oktyabr 2017 01:04 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyətin daha üç aylıq uzadılması haqqında qərar qəbul edib.

Trend-in məlumata görə, parlament üzvlərinin əksəriyyəti qanun layihəsinin qəbul olunmasına səs verib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti