...

Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib

Dünya xəbərləri Materials 21 Oktyabr 2017 04:19 (UTC +04:00)
Türkiyə Kabildə və Qur vilayətində baş verən terror aktlarını pisləyir.
Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib

Bakı. Trend:

Türkiyə Kabildə və Qur vilayətində baş verən terror aktlarını pisləyir. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

"Qətiyyətlə Əfqanıstanın ictimai əminamanlığını pozan müqəddəs yerlərə baş verən hücumları qınayırıq", deyə XİN bildirib. Qurum ölənlərin yaxınlarına, əfqan xalqı və hökumətə baş sağlığı verir, yaralananlara tezliklə sağalmağı diləyib.

Xatırladaq ki, Əfqanıstanda iki məsciddə baş verən partlayışlar nəticəsində 69 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti