...

BMT TŞ Şimali Koreyaya gətirilməsi qadağan olunmuş materialların siyahısını genişləndirib

Dünya xəbərləri Materials 24 Oktyabr 2017 03:15 (UTC +04:00)

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsi Şimali Koreyaya gətirilməsi və verilməsi qadağan olunmuş materialların siyahısını genişləndirib.

Trend-in "RİA Novosti"ə istinadən verdiyi məlumata görə, siyahıya kütləvi qırğın silahları ilə bağlı əşyalar, materiallar, avadanlıqlar, mallar və texnologiyalar daxil edilib.

Məlumata əsasən, sənəd BMT TŞ tərəfindən hazırlanıb və verilib, eləcə də BMT sənədlər sistemində yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti