...

İtaliyada nəqliyyatın işi iflic oldu - Tətil dalğası

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 12:43 (UTC +04:00)
İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib.
İtaliyada nəqliyyatın işi iflic oldu - Tətil dalğası

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib.

Trend-in məlumatına görə, elan olunan tətillə əlaqədar avtobuslar, qatarlar, gəmi və təyyarələr fəaliyyətini dayandırıb. Tətil dörd saat davam edəcək.

Tətilin bütün iri şəhərlərdə planlaşdırıldığı bildirilib.

Məlumata görə, paytaxt Roma, Turin, Milan şəhərlərində səhər və günorta saatlarında metropoliten də işləməyəcək.

Əvvəlcə tətilin 24 saat davam etməsi nəzərdə tutulsa da, hökumətlə aparılan danışıqlar nəticəsində tətilin müddəti 4 saata endirilib.

Son məlumata görə, tətil istirahət günlərində dayandırılacaq, oktyabın 30 və 31-də yenidən davam edəcək.

Xəbər lenti

Xəbər lenti