...

İnquşetiyada yol patrul xidmətinin blok-postuna hücum olunub, ölənlər var

Dünya xəbərləri Materials 5 Noyabr 2017 22:45 (UTC +04:00)
İnquşetiyanın Nazran rayonunda yol patrul xidmətinin blok-postuna hücum olunub
İnquşetiyada yol patrul xidmətinin blok-postuna hücum olunub, ölənlər var

Bakı. Trend:

İnquşetiyanın Nazran rayonunda yol patrul xidmətinin blok-postuna hücum olunub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, intiharçı-terrorçu blok-postda özünü partladıb və nəticədə 2 yol polisi həlak olub, 1-i isə yaralanıb.

Partlayışdan sonra polislər və terrorçular arasında atışma başlayıb. Atışma nəticəsində 2 terrorçu məhv edilib. Mülki şəxslərdən xəsarət alan olmayıb.

Məlumata əsasən, operativ-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti