...

İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir

Dünya xəbərləri Materials 4 Dekabr 2017 15:12 (UTC +04:00)
“Iran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib.
İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir

Bakı. Trend:

“Iran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib.

Bu barədə Trend IRIB-ə istinadən məlumat verir.

Ermənistan polisi artıq bir neçə ildir ki “Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.

Gələn ildən Yerevan hakimiyyətinin ölkəyə köhnə avtomobillərin idxalına qadağa qoyacağını nəzərə alsaq, “Iran Khodro” avtomobillərinin Ermənistana satış həcminin artacağı gözlənilir.

Qeyd edək ki, bir ildir ki İran şirkətinin Yerevanda nümayəndəliyi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti