...

Kaliforniyada meşə yanğınları ilə əlaqədar 200 minə yaxın sakin təxliyə olunub

Dünya xəbərləri Materials 7 Dekabr 2017 12:12 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında tüğyan edən yanğınlarla əlaqədar 200 minə yaxın sakinə təxliyə olunmaq məsləhət görülüb.
Kaliforniyada meşə yanğınları ilə əlaqədar 200 minə yaxın sakin təxliyə olunub

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən yanğınlarla əlaqədar 200 minə yaxın sakinə təxliyə olunmaq məsləhət görülüb.

Trend-in məlumatına görə, yanğın nəticəsində 200-ə yaxın tikili tamamilə dağılıb.

Ən böyük fəsadlar Ventura dairəsində qeydə alınıb. Burada 36 min hektardan çox ərazi yanıb, 150-dən çox tikili dağılıb.

Yanğınların qarşısının alınması üçün 1800-dən çox yanğınsöndürən cəlb olunub. Hələlik yanğının yalnız 5 faizinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti