...

251 qız eyni toyda ərə getdi

Dünya xəbərləri Materials 25 Dekabr 2017 18:29 (UTC +04:00)
Hindistanın ən zəngin iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Maheş Savani kasıb ailələrdən olan 251 qız üçün toy təşkil edib.
251 qız eyni toyda ərə getdi

Bakı. Trend:

Hindistanın ən zəngin iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Maheş Savani kasıb ailələrdən olan 251 qız üçün toy təşkil edib.

Trend-in məlumatına görə, o, qızların toy və cehizlik xərclərini tam ödəyib. Eləcə də ataları olmayan, toy mərasiminə yollanan hər qızın bahalı gəlinlik paltarları, qızıl bəzəkləri də "ata" rolunu oynamış Savaninin hesabına alınıb.

Toyu olan qızlar arasında 5 müsəlman və bir xristian qız olduğu bildirilib.

Gəlinlərin hər birinə 7400 dollarlıq mebel və ev əşyaları da hədiyyə olunub.

Qeyd edilir ki, Maheş Savani 2012-ci ildən bu xeyriyyəçiliklə məşğuldur, hər il atasız qızların toylarını edir, bütün xərcləri ödəyir.

Xəbər lenti

Xəbər lenti