...

Obama: İndi yuxudan gec oyanıram, prezident olanda isə...

Dünya xəbərləri Materials 27 Dekabr 2017 15:13 (UTC +04:00)

Bakı. Trend:

Barak Obama ABŞ-ın prezidenti postundan getdikdən sonra səhərlər doyunca yatdığı üçün məmnun olduğunu deyib.

Trend-in məlumatına görə, bu barədə o, Britaniya şahzadəsi Harriyə müsahibəsində deyib.

B.Obama əlavə edib: "Gec yuxudan dururam. Bütün günümü özüm üçün planlaşdırmaq gözəl bir şeydir, prezident olanda iş qrafikim sıx idi. İndi rahat yuxudan dururam və qərar verirem günümü necə keçirəcəm".

ABŞ-ın sabiq prezidenti həm də yuxudan oyanandan sonra həyat yoldaşı ilə 45 dəqiqə rahat söhbət edə bildiyi üçün məmnun olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti