...

Ərdoğandan Ruhaniyə çağırış: İran xalqının tələblərini nəzərə al

Dünya xəbərləri Materials 5 Yanvar 2018 11:05 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı İslam Respublikasının Prezidentini İran xalqının tələblərini nəzərə almağa çağırıb.

Trend-in məlumatına görə, bunu R.T.Ərdoğan Fransa KİV-lərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, telefon danışığı zamanı H.Ruhani bildirib ki, İran şəhərlərində vəziyyət tam nəzarət altındadır və narahatlığa heç bir əsas yoxdur.

Türkiyənin dövlət başçısı qeyd edib ki, İrandakı vəziyyət ölkənin daxili işidir və proseslərə istənilən xarici müdaxilə yolverilməzdir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın, o cümlədən Donald Trampın İrandakı vəziyyəti qızışdırdığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti