Bakı. Trend:
Türkiyədə uzun müddət uşaq pornoqrafiyasının yayılması ilə məşğul olan Ermənistan vətəndaşı saxlanılıb.
Trend-in məlumatına görə, İstanbul polisi 5 ay ərzində ABŞ-dakı serverlərin birindən uşaq pornoqrafiyalarının yükləndiyi kompüterin IP-ünvanını müəyyənləşdirib. Daha sonra uşaqbazın saxlanılması üzrə əməliyyata başlanıb.
Tutulan şəxsin adı açıqlanmır.