...

ABŞ-da vertolyot qəzaya uğradı: ölənlər var

Dünya xəbərləri Materials 11 Fevral 2018 07:46 (UTC +04:00)
ABŞ-da vertolyot qəzası nəticəsində ən azı üç nəfər həlak olub
ABŞ-da vertolyot qəzaya uğradı: ölənlər var

Bakı. Trend:

ABŞ-da vertolyot qəzası nəticəsində ən azı üç nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə Arizona ştatında yerləşən Grand Kanyonda qeydə alınıb.

4 nəfərin xəsarət aldığı bildirilir. Qəza nəticəsində iki nəfər itkin düşüb, hal-hazırda onların axtarışları aparılır.

İnsidentin milli park ərazisi üzərindən turistik uçuz zamanı baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti