...

"Zeytun budağı"nın 27-ci günü daha 43 terrorçu məhv edildi

Dünya xəbərləri Materials 15 Fevral 2018 11:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatının 27-ci günündə daha 43 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bununla da zərərsizləşdirilmiş terrorçuların sayı 1528-ə çatıb.

Türkiyə Ordusu və "Azad Suriya Ordusu" Kude kəndini ələ keçirib, 54 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Havadan və qurudan PYD terrorçularının mövqelərinə zərbələr endirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti