...

Türkiyənin ABŞ-dan TƏLƏBLƏRİ

Dünya xəbərləri Materials 16 Fevral 2018 09:50 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğanla Reks Tillersonun görüşündə Türkiyə tərəfi bir sıra tələblər irəli sürüb.
Türkiyənin ABŞ-dan TƏLƏBLƏRİ

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ötən gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Reks Tillersonun görüşündə Türkiyə tərəfi bir sıra tələblər irəli sürüb.

Trend-in məlumatına görə, rəsmi Ankara ilk növbədə Birləşmiş Ştatlardan YPG terrorçularına dəstəyi dərhal dayandırmağı tələb edib. Eyni zamanda qeyd olunub ki, Vaşinqton Ankaranı regionda terrorizmlə mübarizədə əsas müttəfiq qismində qəbul etməli, həmçinin PKK terror təşkilatı ilə mübarizədə Türkiyəyə kömək etməlidir.

Bundan başqa, tərəflər Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson ötən gün Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti