Bakı. Trend:
Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Oahaka-de-Xuares bələdiyyəsindən 118 kilometr qərbdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.