...

"Zeytun budağı" çərçivəsində 8 türk hərbçisi şəhid olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Mart 2018 01:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

XXX

01:13

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 5 türk hərbçisi həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 5 hərbçi həlak olub, 7 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti