...

Şimali Koreya ABŞ ilə açıq danışmaq istəyir

Dünya xəbərləri Materials 6 Mart 2018 16:48 (UTC +04:00)

Bakı. Trend:

Koreya Xalq Demokrartik Respublikası (KXDR) ABŞ ilə nüvə silahından imtina məsələsi üzrə açıq dialoq aparmağa hazırdır.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Administrasiyası məlumat yayıb.

Müvafiq fikri Cənubi Koreya hökumətinin üzvlərindən ibarət nümayəndə heyətinin KXDR-ə ikigünlük səfəri zamanı Şimali Koreya tərəfi səsləndirib.

Məlumatda deyilir ki, KXDR ABŞ ilə açıq danışmaq, eləcə də nüvə silahından imtina və münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək istəyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti