...

Türkiyə SQ və ASO Afrində mina və əldəqayırma partlayıcı qurğuların axtarışını davam etdirirlər

Dünya xəbərləri Materials 22 Mart 2018 01:43 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri və "Azad suriya Ordusu" Afrinin mərkəzini tam nəzarət ələ keçirəndən sonra minalar və əldəqayırma partlayıcı qurğuların axtarışını davam etdirirlər. Bu barədə Trend türk KİV-lərinə istinadən xəbər verir.

Ölkənin Baş Qərargahı qeyd edir ki, şəhərin cənub hissəsində son 3 gündə 46 mina və ƏPQ çəhv edilib.

Həmçinin qeyd olunur ki, axtarışlara itlər də cəlb olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti