...

ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 Aprel 2018 09:51 (UTC +04:00)
ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb.
ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ Dəniz piyada korpusuna məxsus vertolyot Kaliforniyanın cənubunda, El-Sentro şəhərində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

"CH-53E Super Stallion" helikopterinin standart təlim zamanı qəzaya uğradığı bildirilsə də, hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Fakt araşdırılır. Ekipaj üzvlərinin axtarışına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti