...

Fransada vertolyot qəzasında 2 nəfər öldü

Dünya xəbərləri Materials 5 Aprel 2018 15:36 (UTC +04:00)
Fransanın cənub-qərbində vertolyot qəzası baş verib.
Fransada vertolyot qəzasında 2 nəfər öldü

Bakı. Trend:

Fransanın cənub-qərbində vertolyot qəzası baş verib.

Trend-in məlumatına görə, vertolyot qəzasında 2 nəfərin öldüyü bildirilir.

Məlumata görə, qəza səhər saatlarında aerodrom yaxınlığında baş verib. Vertolyotun havaya qalxdıqdan bir az sonra qəzaya uğradığı bildirilir.

Vertolyot üzümlüklərin üzərinə düşüb və yanmağa başlayıb.

Qəzanın baş vermə səbəbi kim ilkin versiya olaraq mühərrikin nasazlığı göstərilir.

Araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti