...

Malidə sülhməramlıların düşərgəsi atəşə tutulub: 2 ölü, 10 yaralı

Dünya xəbərləri Materials 6 Aprel 2018 07:10 (UTC +04:00)
Malinin Agelok şəhərində BMT sülhməramlılarının düşərgəsi minaatanlardan atəşə tutulub
Malidə sülhməramlıların düşərgəsi atəşə tutulub: 2 ölü, 10 yaralı

Bakı. Trend:

Malinin Agelok şəhərində BMT sülhməramlılarının düşərgəsi minaatanlardan atəşə tutulub.

Trend-in məlumatına görə, düşərgənin atəşə tutulması nəticəsində 2 BMT sülhməramlısı həlak olub, 10-u isə yaralanıb. Yaraıların bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, 2016-cı ildə BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib. Hazırda Malidə sülhməramlı funksiyaları ilə 11,2 min hərbçidən və 1440 polisdən ibarət "MINUSMA" kontingenti məşğul olur.

Xəbər lenti

Xəbər lenti