...

Meksikada daha bir şəhər administrasiyasının rəhbəri öldürülüb

Dünya xəbərləri Materials 16 Aprel 2018 05:19 (UTC +04:00)
Meksikanın Hilotlan şəhər administrasiyasının rəhbəri öldürülüb
Meksikada daha bir şəhər administrasiyasının rəhbəri öldürülüb

Bakı. Trend:

Meksikanın Hilotlan şəhər administrasiyasının rəhbəri öldürülüb.

Trend-in məlumatına görə, Karlos Andrade Maqanya naməlum şəxslər tərəfindən Xalisko ştatının sərhədində güllələnib.

Qeyd edək ki, bir neçə gün əvvəl Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Efrain Qarsiya öldürülüb. 2017-ci ildə Miçoakan ştatının Paraço şəhərinin meri Stalin Sançez Qonsales öldürülüb. Bir müddət ondan qabaq isə Puebla ştatının Ueuetlana şəhər administrasiyasının rəhbəri Xose Santamariya Savala öldürülüb. Ötən ilin yul ayında Herrero ştatının Punqarabato şəhərinin meri Ambrosio Soto Duartenin avtomobilinə silahlı şəxslər hücum edərək onu öldürüb.

Xəbər lenti

Xəbər lenti