Bakı. Trend:
Tanzaniyanın Dar əs Salam şəhərində davam edən güclü yağışlar nəticəsində ən azı 9 nəfər həlak olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu şəhərin polis rəisi Lazaro Mambosasa bildirib.
Qeyd edək ki, yağışlar artıq 3 gün dayanmadan davam edir. Mambosasanın sözlərinə görə, ölənlərin arasında uşaqlar, qadınlar və kişilər var: "Yağış davam etdiyindən onları sayı arta bilər".
Yerli "Citizen" nəşri isə bildirib ki, daşqınlar evlərin uçmasına, nəqliyyat vasitələrinə və infrastruktur obyektlərinə ziyan dəyməsinə səbəb olub. Şəhərin hakimiyyət orqanları məktəblərin bağlanmasını tələb edib.