Bakı. Trend:
Çinin Şensi vilayətində naməlum şəxs qəflətən azyaşlı uşaqlara hücum edib. Trend-in məlumatına görə, hücum nəticəsində 7 uşaq həlak olub, daha 12 uşaq müxtəlif xəsarətlər alıb.
İnsidentin uşaqlar məktəbdən evə gedərkən baş verdiyi bildirilir.
Hücum edən şəxs saxlanılıb. İnsidentlə bağlı araşdırma başlayıb, başqa təfərrüatlar hələ verilməyib.