Bakı. Trend:
Almaniyanın Ayxax şəhərində yük və sərnişin qatarları toqquşub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı iki nəfər ölüb. 14 nəfərin yaralandığı qeyd olunur. Onlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəza yerli vaxtla 21:00-da baş verib. Hadisənin səbəbləri araşdırılır.