Bakı. Trend:
Rusiyanın Udmurtiya respublikasınını Puqaçyovo qəsəbəsi yaxınlığında keçmiş silah anbarında baş vermiş yanğınla əlaqədar bölgədə təxliyə aparılır.
Trend-in məlumatına görə, anbar ərazisində köhnə silah-sursat partlamaqda davam edir.
Qəsəbə ərazisində 2000-ə yaxın şəxs təxliyə olunub. Bundan başqa, anbardan 10 kilometr məsafədə yerləşən uşaq bağçasından 80-ə yaxın uşaq təxliyə olunub.
Anbar ərazisində yanğın 20 hektar sahəni əhatə edir.