Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Qars və Siirt vilayətlərində antiterror əməliyyatı keçirilib.
Trend-in Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində PKK-nın 15 döyüşçüsü məhv edilib.
Qarsda 12, Siirtdə isə 3 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Həmçinin qeyd olunur ki, ötən gün Türkiyədə PKK-nın xüsusi təhlükəli terrorçularından biri məhv edilib.