...

Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb

Dünya xəbərləri Materials 28 May 2018 04:10 (UTC +04:00)
Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb
Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb

Bakı. Trend:

Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb.

Trend-in məlumatına görə, seçki məntəqələi yerli vaxtla səhər saat 08:00-dan 16:00-a qədər işləyib. Ümumilikdə 11,2 min seçki məntəqəsi açılıb. Səs vermə hüququna 36,2 milyon vətəndaş malikdir.

Müşahidəçilər missiyasının məlumatına görə, ümumilikdə seçkilərdə təxminən 110 qanun pozuntusu qeydə alınıb.

Prezidentliyə 6 namizəd var - İvan Duke, Qustavo Petro, Umberto de la Kalye, Serxio Faxado, Xerman Varqas Lyeras və Xorxe Antonio Truxilio. Müşahidəçilərin sözlərinə görə, namizədlər arasında İvan Duke və Qustavo Petro liderdilər.

Səslərin 25,11 faizinin hesablanmasından sonra İ.Duke 41,8 faiz, Q.Petro isə 24,11 faiz səs toplayıblar. Bu isə o deməkdir ki, ilk turda qalib müəyyənləşməyib.

Qeyd edək ki, ilk turda qalibin müəyyənləşmədiyi halda səsvermənin ikinci tutu iyunun 17-si keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti