...

Tbilisidə hökumətin istefası tələb olunur - Prezident etirazçılarla görüşə gəldi

Dünya xəbərləri Materials 1 İyun 2018 13:00 (UTC +04:00)
Tbilisidə hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir
Tbilisidə hökumətin istefası tələb olunur - Prezident etirazçılarla görüşə gəldi

Bakı. Trend:

Tbilisidə hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, aksiyaya Tbilisi məhkəməsinin qətl hadisəsi ilə bağlı verdiyi qərar səbəb olub.

Qeyd olunur ki, ötən gün məhkəmə qətldə şübhəli bilinənlərə bəraət verdikdən sonra sakinlər prokurorluq qarşısında aksiyaya başlayıb. Nəticədə ölkənin baş prokuroru istefa verib.

Hazırda Gürcüstan Prezidenti Georgi Marqvelaşvili etirazçılarla görüşüb. Məlumata əsasən, G.Marqvelaşvili etirazçıların tələblərini dinləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti