...

Kabildə partlayış - Hədəf arxeoloqlar olub

Dünya xəbərləri Materials 2 İyun 2018 12:11 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib
Kabildə partlayış - Hədəf arxeoloqlar olub

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində bir arxeoloq həlak olub, daha 3 nəfər yaralanıb.

Qeyd olunur ki, arxeoloqlar qazıntı işləri üçün Loqar əyalətinə gedirmiş. Partlayış yol kənarındakı minanın işə düşməsi nəticəsində baş verib.

Hadisə ilə əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti