Bakı. Trend:
Belçika, Almaniya, Dominikan Respublikası, İndoneziya və Cənubi Afrika 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiliblər.
Trend-in məlumatına görə, seçki BMT Baş Assambleyasında keçirilib.
Şurada 2019-cu il yanvarın 1-dən etibarən boş olacaq beş yer üçün altı dövlət namizəd idi.
Mübarizədə eyni regiondan olan Maldiv adaları İndoneziyaya uduzub.