...

Estoniyada hərbi poliqonda yanğın

Dünya xəbərləri Materials 10 İyun 2018 21:50 (UTC +04:00)
Estoniyanın Kuusalu vilayətinin Pala kəndi yaxınlığında yerləşən mərkəzi hərbi təlim poliqonunda yanğın hadisəsi baş vermişdi.
Estoniyada hərbi poliqonda yanğın

Bakı. Trend:

Estoniyanın Kuusalu vilayətinin Pala kəndi yaxınlığında yerləşən mərkəzi hərbi təlim poliqonunda yanğın hadisəsi baş vermişdi. Xatırladmaq lazımdır ki, iyunun əvvəlində həmin yerdə böyük bir yanğın söndürülüb.

"Yanğın 3,5 hektar ərazidə yayılıb. Ətrafda olan taxta əşyalar və quru ağaclar yanır. Hadisə yerində 13 yanğın söndürən briqada çalışır”, - bu haqda ölkənin xilasetmə idarəsinin mətbuat katibi xəbər verir.

Xilasedicilər yanğının geniş əraziyə yayılmasına imkan verməyəcəyinə əmin olduqlarını bildirdi.

İyunun 1 xilasedicilər mərkəzi poliqonda bütün həftə davam edən yanğını söndürüblər. Keçən dəfə yanğının maksimal sahəsi 164 hektar təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti