...

NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır

Dünya xəbərləri Materials 12 İyun 2018 22:33 (UTC +04:00)
NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır
NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır

Bakı. Trend:

NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Y.Stoltenberq deyib: "NATO Koreya yarımadasının denuklearizasiyasına aparan səyləri dəstəkləyir. Nüvəsiz Koreya yarımadası NATO müttəfiqlərinin, regionda tərəfdaşlarımızın və bütün dünya birliyinin təhlükəsizliyinə xidmət edəcək".

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti