...

Yıldırım: ABŞ Türkiyə xalqının etimadını tamamilə itirib

Dünya xəbərləri Materials 22 İyun 2018 09:53 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu – Trend:

ABŞ Türkiyə xalqının etimadını tamamilə itirib. Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Baş nazir bildirib ki, bugünkü gün ölkə əhalisinin 20 faizi ABŞ-a inanmır.

Binəli Yıldırımın sözlərinə görə, bu, iki ölkə arasında münasibətlər üçün mənfi haldır.

Baş nazir əlavə edib: “ABŞ Türkiyə xalqının etimadını bərpa etmək üçün çalışmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti