...

Tramp Yaxın Şərqdə irəliləyiş olduğunu bildirib

Dünya xəbərləri Materials 26 İyun 2018 02:16 (UTC +04:00)
Vaşinqton İranın nüvə sazişindən çıxdıqdan sonra Yaxın Şərqdə böyük irəliləyiş var
Tramp Yaxın Şərqdə irəliləyiş olduğunu bildirib

Bakı. Trend:

Vaşinqton İranın nüvə sazişindən çıxdıqdan sonra Yaxın Şərqdə böyük irəliləyiş var.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp İordaniya kralı II Abdullah ilə görüşdə bildirib.

D.Tramp deyib: "Biz Birgə Hərtərəfli Hərəkət Planında iştirakımızı dayandırdıqdan sonra vəziyyət çox dəyişib".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti