...

"WhatsApp"da yeni funksiya

Dünya xəbərləri Materials 26 İyun 2018 16:51 (UTC +04:00)
"WhatsApp" messenceri Android sahiblərinə digər istifadəçilər tərəfindən göndərilən şəkilləri gizlətməyə imkan verəcək.
"WhatsApp"da yeni funksiya

Bakı. Trend:

"WhatsApp" messenceri Android sahiblərinə digər istifadəçilər tərəfindən göndərilən şəkilləri gizlətməyə imkan verəcək.

Trend-in məlumatına görə, yenilik v2.18.195 Android əlavələrinin beta versiyasında çıxıb.

Messencer istifadəçiləri telefonda göndərilən şəkillər, video və audio fayllar üçün "avtomatik saxla" funksiyasını söndürə biləcəklər.

Yeni funksiya həmçinin qrup çatlar üçün də istifadə oluna bilər. Bu, smartfonda yaddaşın həcmini qoruyacaq və gizlilik səviyyəsini artıracaq.

Xəbər lenti

Xəbər lenti