...

Tramp: Aİ ölkələri ABŞ-la ticarətə açıq olacaqlar

Dünya xəbərləri Materials 26 İyul 2018 05:06 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı ölkələri əldə olunan razılıqlara əsasən, ABŞ-la ticarətə açıq olacaqlar
Tramp: Aİ ölkələri ABŞ-la ticarətə açıq olacaqlar

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri əldə olunan razılıqlara əsasən, ABŞ-la ticarətə açıq olacaqlar.

Trend-in məlumatına görə, bu barədə Tramp “Tvitter” sosial şəbəkəsində yazıb.

“Sənədlər üzərində iş artıq başlanıb və proses sürətlə hərəkət edir. Aİ ölkələri ABŞ üçün açıq olacaq və eyni zamanda onlar üçün etdiyimiz hər şeydən faydalanacaq”, - deyə Tramp bəyan edib.

Xatırladaq ki, 25 iyul tarixində Vaşinqtonda Donald Trampla Jan-Klod Yunker arasında görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti