...

"Air Moldova"nın təyyarəsini ildırım vurdu: aeroporta qayıtdı

Dünya xəbərləri Materials 29 İyul 2018 01:27 (UTC +04:00)
"Air Moldova" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
"Air Moldova"nın təyyarəsini ildırım vurdu: aeroporta qayıtdı

Bakı. Trend:

"Air Moldova" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, Kişinyovdan Sankt-Peterburq şəhərinə uçmağı planlaşdırılan "Embraer E-190" təyyarəsini Ukraynanın Odessa vilayətinin üzərində ildırım vurub.

Qeyd olunur ki, hadisə təyyarənin havaya qalxandan 10 dəqiqə sonra baş verib. Təyyarənin göyərtəsində 113 sərnişin olub.

Dörd min kilometr yüksəkliyində olan təyyarə Kişinyov aeroportuna qayıdıb. Təyyarəyə ziyan dəymədiyi bildirilir, sənişinlərdən xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti