...

Qurban bayramında terror törətmək istəyən 6 nəfər zərərsizləşdirildi

Dünya xəbərləri Materials 13 Avqust 2018 16:08 (UTC +04:00)
Misirin paytaxtı Qahirə yaxınlığında Qurban bayramı günlərində terror aktı planlaşdıran 6 nəfər zərərsizləşdirilib
Qurban bayramında terror törətmək istəyən 6 nəfər zərərsizləşdirildi

Bakı. Trend:

Misirin paytaxtı Qahirə yaxınlığında Qurban bayramı günlərində terror aktı planlaşdıran 6 nəfər zərərsizləşdirilib.

Trend-in məlumatına görə, terrorçular evlərin birində aşkar edildikdən sonra təhlükəsizlik qüvvələrinə atəş açıb.

Keçirilən əməliyyat nəticəsində terrorçular zərərsizləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, onlar bayram günlərində xristian kilsələrinə, strateji obyektlərə, hərbçi və polislərə hücumlar planlaşdırırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti