...

Tramp 2019-cu il müdafiə büdcəsini təsdiq edib

Dünya xəbərləri Materials 14 Avqust 2018 00:03 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb
Tramp 2019-cu il müdafiə büdcəsini təsdiq edib

Bakı. Tural Turan - Trend:

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi bazar ertəsi Nyu-York ştatının Fort-Dram hərbi bazasında baş tutub.

Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti