...

İndoneziyada yenə zəlzələ baş verib

Dünya xəbərləri Materials 19 Avqust 2018 20:59 (UTC +04:00)
İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib
İndoneziyada yenə zəlzələ baş verib

Bakı. Tural Turan - Trend:

İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar bazar günü yerli vaxtla 14:56-da (18:56) qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti