Bakı. Trend:
Çində Ümumdünya şəbəkəsinin istifadəçilərinin sayı 802 milyon nəfərə çatıb, təkcə 2018-ci ilin ilk altı ayı ərzində bu göstərici 3,8 faiz və ya 29,68 milyon insan artıb.
Trend-in məlumatına görə, bu barədə Çin İnformasiya İnternet Mərkəzinin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, Çinin 57,7 faiz əhalisi internetə çıxışı var. Ölkənin 98,3 faiz və ya 788 milyon internet istifadəçisi mobil internetdən istifadə edir. 2017-ci ilin sonlarında bu göstərici 97,5 faiz təşkil edib.
Kompüter və noutbuk ilə internətə çıxış əldə edən istifadəçilirin sayı 4,1 faiz azalıb.