...

Yaponiyada son 1 həftə ərzində istilər 2 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 28 Avqust 2018 08:42 (UTC +04:00)
Yaponiyada 20-26 avqust tarixlərində istilər səbəbində 2 nəfər həlak olub
Yaponiyada son 1 həftə ərzində istilər 2 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Yaponiyada 20-26 avqust tarixlərində istilər səbəbində 2 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Baş Yanğınsöndürmə İdarəsindən bildiriblər.

Məlumata əsasən, bir həftə ərzində 5890 nəfər xəstəxanaya müraciət edi. Ötən həftə ilə müqayisədə bu rəqəm 1,6 dəfə artıb (3669)

Qeyd edək ki, iyun ayının sonundan Yaponiyanın bütün ərazisində isti hava müşahidə olunur. Ən yüksək temperatur Saytama prefekturasında yerləşən Kumaqaya şəhərində iyulun sonunda qeydə alınıb - 41,1 dərəcə.

Sinoptiklərin proqnozlarına görə, isti hava şəraiti sentyabrın əvvəli-ortalarına qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti