...

Nyu-Meksikoda avtobus yük maşını ilə toqquşub: 7 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 31 Avqust 2018 08:53 (UTC +04:00)
ABŞ-ın Nyu-Meksiko ştatında avtobus yük maşını ilə toqquşub
Nyu-Meksikoda avtobus yük maşını ilə toqquşub: 7 ölü (YENİLƏNİB)

Bakı. Trend:

ABŞ-ın Nyu-Meksiko ştatında avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 7 nəfər həlak olub, 40 nəfər xəsarət alıb. Xəsarət alanların əksəriyyəti xəstəxanalara yerləşdirlib, bir neçəsinə isə hadisə yerində tibbi yardım göstərilib.

Məlumata əsasən, toqquşmaya səbəb yük maşının təkərinin partlaması nəticəsində hərəkətin qarşı zolağına çıxması olub.

XXX

08:09

ABŞ-ın Nyu-Meksiko ştatında avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 4 nəfər həlak olub, çox sayda insan xəsarət alıb.

Toqquşma zamanı avtobusda 47 sərnişin olub, xəsarət alanların dəqiq sayı bildirilmir.

İlkin məlumata əsasən, qəza yük maşının yolun qarşı tərəfinə keçməsi səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti